Xorvatiyada rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Publika.az Röyters agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri paytaxt Zaqrebin şimalında yerləşib. Bəzi dairələr yeraltı təkanların gücünün 5,4 bal olduğunu açıqlayıb. Dağıntı və tələfat barədə hələki məlumat yoxdur.

Bölgəyə çox sayda xilasedici cəlb edilib.

Anar Türkeş