İranda saxta spirtli içkidən ölənlərin sayı 194-ə çatıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, koronavirusdan qorunmaq məqsədilə spirtli içki qəbul edib zəhərlənənlərin sayı durmadan artır.

"Artıq zəhərlənənlərin sayı minə çatır. Təkcə Xuzistan əyalətində 673 nəfər saxta spirtli içkidən zəhərlənib", - məlumatda qeyd edilib.

Ölkənin rəsmi dairələri spirtli içkidən zəhərlənənlərin sayının artacağını proqnozlaşdırıblar.

Milli.Az