Daha bir klubun prezidenti koronavirusdan öldü

Daha bir klubun prezidenti koronavirusdan öldü
12:07 26 Mart 2020
100 Digər
Ölkə mətbuatı
A- A+

Niderlandın "Vitess" klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib. "Report"un "De Gelderlander"ə istinadən verdiyi məlumata görə, səbəb koronavirus infeksiyası olub. 
Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçənd şişi də olub. 
Qeyd edək ki, Kes Bakker 2003 - 2004, 2008 - 2009 və 2016 - 2017-ci illərdə "Vitess"in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb. Daha əvvəl İspaniya "Real Madrid"inin sabiq prezidenti Lorenso Sans 77 yaşında koronavirusdan vəfat edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/daha-bir-klubun-prezidenti-koronavirusdan-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR