Aynişan ana olmağa hazırlaşır? -

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva İnstaqramda sosial şəbəkə istifadəçilərinin suallarını cavanlandırıb.

Metbuat.az xəbər verir ki, fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:

- İnsan ikinci dəfə sevə bilərmi?

- İnsan bir neçə dəfə aşiq ola bilər. Sevmək isə dərin hissdir və zamanla gəlir.

- Nə zaman ana olmağı düşünürsünüz?

- Koronavirus bitəndən sonra düşünərik.

- Subaylıq yoxsa evlilik yaxşıdır?

- Desəm ki, subay qalmaq yaxşıdır, evlənməyəcəksiniz? Hərəsinin öz yeri var, doğru zamanda, doğru insanla.

- Sevən insan münasibətinə hansı halda son qoyur?

- Ona görə ki, anası istəmir. Yalan danışır, anası hər şeyi bilir. Sadəcə istəmir özünü xasiyyətsiz göstərsin ki, öz fikri yoxdur. Azərbaycanda sevən insan başqa heç bir səbəbə görə getmir.

- Hazırda diet saxlayırsınız?

- Xeyr.(Teleqraf)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR