Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı

Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı
19:37 27 Mart 2020
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır.

Milli.Az bildirir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq.

Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/836982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR