“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir.
Məlumata görə, dünyada infeksiyaya 509 164 yoluxma təsdiq edilib. Son sutka ərzində virusa 46 000 nəfər yoluxub, 2 501 nəfər isə dünyasını dəyişib.
Yeni növ koronavirus səbəbindən ən çox ölüm və yoluxma halları Avropada qeydə alınıb – 286 697 yoluxma, 16 105 ölüm. Son sutkada köhnə qitədə yoluxanların sayı 36 414, ölənlərin sayı isə 2 155 nəfər artıb.
İkinci yerdə, xüsusilə Çin, Cənubi Koreya və Yaponiyanı əhatə edən Qərbi Sakit Okean bölgəsi qərarlaşıb. Martın 27-nə olan məlumata görə, 100 018 nəfər virusa yoluxub, 3 567 ölüb.
Üçüncü yeri Cənubi və Şimali Amerika tutur, burada cəmi 81 137 nəfər koronavirusa yoluxub və 1 176 nəfər dünyasını dəyişib.