"Arsenal" Arsen Vengerə bürünc heykəl qoyacaq

"Arsenal" Arsen Vengerə bürünc heykəl qoyacaq
10:07 28 Mart 2020
210 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə "Arsenal"ı komandanın sabiq baş məşqçisi Arsen Vengerə "Emirates" stadionu önündə abidə qoyacaq. "Report"un məlumatına görə, bu addım kollektivə 22 mövsüm rəhbərlik etmiş 71 yaşlı mütəxəssisin nailiyyətlərini qiymətləndirmək və onunla gərgin münasibətləri yumşaltmaq məqsədilə atılıb.
Artıq abidənin hazırlanması üzərində iş gedir. Bürünc fiqurdan əlavə, fransalı keçmiş baş məşqçinin adı "Emirates"də ayrıca tribunaya verilə bilər.
Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə "Arsenal"ın baş məşqçisi olub. O, London komandası ilə 17 titul, o cümlədən, 3 dəfə Premyer Liqa çempionluğu, eləcə də hərəyə 7 dəfə ölkə kuboku və Superkubok qazanıb. Venger bu vəzifədən ayrıldıqdan sonra FIFA-nın qlobal inkişaf şöbəsinə rəhbərlik edib.   

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/arsenal-arsen-vengere-burunc-heykel-qoyacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR