İtaliya A seriyasında çempion olmayacaq

İtaliya A seriyasında çempion olmayacaq
16:32 28 Mart 2020
156 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya A seriyasının koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünün bərpa etdirilməməsi planlaşdırılır.

Milli.Az apasport.az-a istinadən bildirir ki, təşkilatçılar çempionatı vaxtından əvvəl başa çatdırmaq niyyətindədir.

Plana əsasən, çempion və mükafatçılar müəyyənləşməyəcək. Hərçənd bir müddət əvvələdək yarışın bərpası nəzərdə tutulmuşdu. Amma pandemiyanın yayılması məşqlərin yaxın müddətdə bərpasına imkan vermədiyi üçün belə addım atılacaq.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 80 mini keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR