Şimali Koreyada koronavirusa yoluxanların sayı açıqlanıb
Paylaş
114 baxış·1 dəq oxu
Şimali Koreyanın 2 280 vətəndaşı və 2 əcnəbi koronavirus diaqnozu ilə ölkədə karantində saxlanılır. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Rusiyanın Vladivostok şəhərindəki baş konsulu məlumat verib. Onun sözlərinə görə, ölkədə pandemiya əleyhinə tədbirlər görülür.