BDU-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb

BDU-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılıb
18:48 17 Yanvar 2015
70 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, AzərTAc 
Yanvarın 17-də Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi olub.
BDU-dan AzərTAc-a bildiriblər ki, tədbir iştirakçıları universitetin həyətindəki Şəhidlər abidəsinin önünə gül dəstələri qoyub, şəhidlərin əziz xatirəsini yad ediblər.
Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov xalqımızın tarixinə qanla yazılan Qara Yanvardan 25 il keçdiyini qeyd edərək bildirib ki, keçmiş imperiya ordusunun həmin gün Bakıda və ölkəmizin digər şəhər və rayonlarında həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir.
Vurğulanıb ki, 20 Yanvar tariximizin həm qanlı, həm də şanlı, qəhrəmanlıq səhifəsidir. Şəhidlərin əziz xatirəsi ürəklərdə daim yaşayacaq.
Rektor ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırıb.
A.Məhərrəmov Prezident İlham Əliyevin yürütdüyü siyasətin əhəmiyyətindən danışıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR