"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb

"Yuventus" oyunçularla pandemiya zamanı maaşların azaldılması barədə razılaşıb
08:52 29 Mart 2020
165 İdman
Ölkə mətbuatı
A- A+
.

İtaliyanın "Yuventus" futbol klubunun rəhbərliyi oyunçular və məşqçilər ilə koronavirus pandemiyası zamanı maaşların azaldılması üzrə razılığa gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidmətindən bildiriblər.

Futbolçuların illik maaşı 2020-ci ilin mart, aprel, may və iyun ayları üçün ümumi ödənişlərə bərabər olan məbləğə endiriləcək. Razılaşma nəticəsində "Yuventus" 2019/20 mövsümündə təxminən 90 milyon avro qənaət edəcək.

Bildirilir ki, mövsümün başa vurulduğu və ya bərpa olunduğu təqdirdə klub və oyunçular razılaşmanı yenidən nəzərdən keçirəcəklər: "Yuventus" oyunçulara və məşqçilərə hamı üçün çətin zamanda anlayışa görə təşəkkürünü bildirir".

Qeyd edək ki, İtaliya Çempionatı koronavirus pandemiyası səbəbilə mayın 3-dək dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/837280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR