Koronavirus epidemiyasına yoluxan məşhur opera ifaçısı Plasido Dominqonun vəziyyəti ağırlaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 79 yaşlı ispan sənətçi Meksikanın Akapulko şəhərindəki xəstəxanaların birinə aparılıb.
Qerrero Dövlət Səhiyyə İdarəsindən CNN-ə verilən məlumata görə, Plasidonun vəziyyəti stabil olduğundan artıq evinə buraxılıb və orada karantin şəraitində müalicəsini davam etdirəcək.
Qeyd edək ki, opera ifaçısı COVİD- 19 virusuna yoluxduğunu martın 22-də açıqlamışdı.
Milli.Az