Laçınlı məktəblilər 20 Yanvar qurbanlarının xatirəsini anıblar

19:33 17 Yanvar 2015
108 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, Səlahət Yusifov, AzərTAc
Laçın rayonu 19 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə məktəbin direktoru Şakir Rzayev 20 Yanvar hadisələrinin başvermə səbəbləri və acı nəticələrindən danışıb. Bildirilib ki, hər il olduğu kimi bu il də məktəbdə Qanlı Yanvara həsr olunmuş açıq dərslər keçirilib. Siniflər üzrə təşkil olunan sərgilərdə faciə ilə əlaqədar fotolar, məktəblilərin çəkdikləri rəsmlər nümayiş etdirilib. Məktəbin ibtidai sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Ş.Rzayev 20 Yanvar hadisələrinin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu vurğulayıb. Qeyd olunub ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazıblar. Onların qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Tədbirdə məktəbin müəllimləri Təranə Əmiralıyeva, Faida Bünyatova, Leyla Yusifova, Nəzakət Xudiyeva və başqaları çıxış edərək bildiriblər ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaqdır.
Sonda məktəblilərin Qanlı Yanvara həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lachinli_mektebliler_20_Yanvar_qurbanlarinin_xatiresini_aniblar-825578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR