Təhsil Nazirliyi teledərslərin vaxtının az olmasının səbəbini açıqladı

Təhsil Nazirliyi teledərslərin vaxtının az olmasının səbəbini açıqladı
12:17 1 Aprel 2020
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi tədrisin dayandırılması ilə əlaqədar keçirilən teledərslərin vaxtının az olmasının səbəbini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib ki, onlara da teledərslərdə proqramların 10-15 dəqiqə ərzində keçirilməsi ilə bağlı müraciətlər edilir:

"Ənənəvi dərslərdə 45 dəqiqə müəllimin izahatından, şagirdlərin müzakirələrindən, qrup işlərindən və s.-dən ibarət olur. Ancaq son zamanlar aparılan təhsil islahatları nəticəsində tədris prosesində daha çox şagirdlər iştirak edir. Ümumi araşdırmamızın nəticəsinə görə, müəllim bir dərsdə yeni mövzunu təxminən 10-12 dəqiqəyə izah edir. Qalan vaxt şagirdlərin müzakirələri, qrup işləri və s.-yə sərf edilir".

O.Abbasov əlavə edib ki, martın 3-dən ölkədəki bütün təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Ancaq buna baxmayaraq, Təhsil Nazirliyi tərəfindən verilən operativ qərarla martın 11-dən teledərslər keçirilir.

O, Təhsil Nazirliyinin bütün valideynlərə övladlarının teledərslərə baxmasını təmin etməyi tövsiyə etdiyini də xatırladıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR