Martın 31-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin onlayn iclası keçirilib.

Metbuat.az xəbər verir ki, iclası komitə sədri Musa Quliyev aparıb, tədbirə komitənin deputatları ilə yanaşı Milli Məclis Aparatının İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələrininəməkdaşları da onlayn qoşulublar.

İclasda “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında” və “Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib.

Onlayn iclasın sonunda müzakirə olunan sənədlərMilli Məclisin plenar iclasına tövsiyə olunub.