Doqquz güləşçimiz TOP-10-da

Doqquz güləşçimiz TOP-10-da
14:05 4 Aprel 2020
177 İdman
Ölkə mətbuatı
A- A+

Güləşçilərin reytinqi açıqlanıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, sərbəst güləş millimizdən dörd nəfər reytinqin ilk onluğunda qərarlaşıb. 

Belə ki, Ağahüseyn Mustafayev (70 kq) 8-ci, Cəbrayıl Həsənov (79 kq) 2-ci, Şərif Şərifov (97 kq) 3-cü və Cəmaləddin Məhəmmədov (125 kq) 4-cüdür. Onlardan Olimpiya çempionumuz Şərif Şərifov ötən ay ikinci pillədəki yerini amerikalı Olimpiya çempionu Kayl Sneyderə verməli olub.

Yunan-Roma güləşində ilk onluqda millimizin üzvlərindən yalnız üç idmançı var. Eldəniz Əzizli (55 kq) 4-cü, Sənan Süleymanov (77 kq) 9-cu və Rafiq Hüseynov (82 kq) 2-ci yerdədir. İlk iki güləşçimiz əvvəlki reytinqlə müqayisədə bir pillə geriləyib.

Qadın güləşində isə iki idmançımız ilk onluqda qərarlaşıb. Mariya Stadnik (50 kq) 2-ci və Elis Manolova (65 kq) 3-cü pillədəki yerini qoruyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR