Bakıda diplomatik nömrəli maşını polisin üstünə sürdülər (FOTO)

Bakıda diplomatik nömrəli maşını polisin üstünə sürdülər (FOTO)
20:46 17 Yanvar 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 16-da gecə saatlarında Bakıda keçirilən reyd zamanı diplomatik nömrə ila idarə olunan avtomobilin sürücüsü qəza törədib.

Hadisə "Statistika dairəsi" kimi tanınan ərazidə baş verib. Svetoforun qırmızı işağında hərəkət edən "Toyota Corolla" markalı, T 017 03 dövlət nömrə nişanlı avtomobil yaşıl işıqda hərəkət edən "Chevrolet" markalı, 90 VB 121 dövlət nömrə nişanlı avtomobillə toqquşub

Avtosfer.az-ın hadisə yerində olan əməkdaşına şahidlər bildiriblər ki, qəzaya səbəb "Toyota"nın sürücüsü olub. O, ümumiyyətlə, qırmızı işıqda dayanmadan üzü Nərimanov küçəsinə tərəf hərəkəti davam etdirib. Qəza da bu zaman baş verib. Hadisə yerinə əvvəlcə Post-Patrul Xidməti, sonra isə yol polisi əməkdaşları gəlib. Lakin sürücü polisə əhəmiyyət verməyərək vurduğu avtomobilin sürücüsünə nömrə verib "səhər görüşərik" deməklə hadisə yerindən uzaqlaşmağa çalışıb.

Polislər buna etiraz etdikdə isə sərxoş vəziyyətdə olan sürücü həm onları, həm də çəkiliş aparan jurnalistləri təhqir etməyə, hədə-qorxu gəlməyə başlayıb. "Azərbaycanda istədiyimi edə bilərəm" deyən sərxoş sürücü hətta maşına minərək qapıları bağlayıb. Sonra isə avtomobili işə salaraq qaçmağa çalışıb.

Onun qarşısını kəsən yol polislərinin üstünə də maşın sürən əcnəbi vətəndaş kobud hərəkətləri və söyüşləri ilə vəziyyəti daha da qəlizləşdirib. Onun yanındakı sərxoş xanım da polislərə nalayiq sözlər deyib. Sərxoş sürücü isə özünü təqdim edərkən yalnız adını deyib – Berik.

Heç bir sənəd təqdim etməyən sürücünün kimliyini Avtosfer.az müəyyən edə bilib. Məlum olub ki, həmin avtomobilin sahibi Nərimanov rayonu, R.Qafur küçəsi, ev 20, mənzil 17-də qeydiyyatda olan Berik Xamidovdur. Onun Qazaxıstanın Azərbaycandakı Ticarət Attaşesinin əməkdaşı olduğu bildirilir.











RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR