FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir?

FİFA-nın yeni reytinqi açıqlandı - Millimiz neçəncidir?
16:47 9 Aprel 2020
228 İdman
Ölkə mətbuatı
A- A+

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının mövqeyi dəyişməyib. Komandamız 1177 xalla 114-cü yerdə qalıb.

Koronavirus pandemiyası səbəbindən yarışlar dayandığı üçün digər yığmaların mövqelərində də ciddi dəyişiklik olmayıb. Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq maçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.

Qeyd edək ki, siyahıya  1765 xalla Belçika başçılıq edir. Fransa 1733 xalla 2-ci, Braziliya 1712 xalla 3-cüdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/840448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR