“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq” - Nevroloqdan PROQNOZ

“Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq” - Nevroloqdan PROQNOZ
15:32 10 Aprel 2020
235 Ölkə
Ölkə mətbuatı
A- A+

"Əli, ağzı və burnu olan hər kəs virusa yoluxacaq". Bu sözləri Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədov deyir.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, qorunma cəhdlərinə baxmayaraq bütün insanların koronavirusa yoluxacağını bildirən Əsədov virusla bağlı aşağıdakı proqnozları verib:

25 % insan virusa yoluxduğunu heç bilməyəcək. Ayaqüstə keçirəcəklər. Orqanizmdə hansı hadisələrin cərəyan etdiyindən xəbərləri belə olmayacaq.

35 % insanda yüngül qrip əlamətləri, öskürək olacaq. Onlar da orqanizmin daxili qüvvələrinin hesabına sağalacaq.

20 % insanda ağır əlamətlər olacaq. Hərarət yüksək rəqəmlərə çatacaq. Qospitalizasiyaya ehtiyac yaranacaq. Amma saqalacaq.

15 % insanda ciddi tənəffüs problemləri başlayacaq. Süni tənəffüs aparatına qoşulmağa ehtiyac yaranacaq.

5 % insan dünyasını dəyişəcək...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/840792.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR