Uzun müddət avtonom işləyən “vivo Y50” smartfonu təqdim edilib

Uzun müddət avtonom işləyən “vivo Y50” smartfonu təqdim edilib
07:22 11 Aprel 2020
157 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Vivo" şirkəti yeni "V19" smartfonunun ardınca "Y50" adlı daha ucuz modelini elan edib.

Yeni cihaz Full HD təsvir ölçülü 6,53 düymlük IPS ekran, 8 nüvəli "Snapdragon 665" prosessoru, 8 QB əməli yaddaş, 128 QB daxili yaddaşla təchiz edilib və 16 meqapiksellik ön kamera üçün yuxarı sol küncdə kəsik var. Aparat, həmçinin "microSD" üçün slotla təchiz edilib ki, bu da daşıyıcının tutumunu artırmağa imkan verir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğunun arxa tərəfində 4 sensordan ibarət əsas kamera bloku yerləşdirilib: 13 mp-lik əsas və makroobyektivə malik 2 mp-lik köməkçi, 8 mp-lik genişbucaqlı optika və 2 mp-lik portret. Kamera blokunun yanında qurğunu blokdan çıxarmaq üçün barmaq izləri skaneri yerləşir.

Sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 5000 milliamper/saat tutumlu akkumulyator "vivo Y50" aparatının özəlliyidir. Smartfon "Funtouch OS 10" interfeysli "Android 10" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/840258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR