Kürdəmirdə faciəvi hadisə - Ölən və yaralananlar var

Kürdəmirdə faciəvi hadisə - Ölən və yaralananlar var
07:18 12 Aprel 2020
254 Ölkə
Ölkə mətbuatı
A- A+

Kürdəmir rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 31-ci kilometrliyində, rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini İsmayılov Rahim Zöhrab oğlu idarə etdiyi BMW markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkətdə olan sürücü, rayon sakini, 1988-ci il təvəllüdlü Kərimov Rafət Şəfayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla toqquşub. Nəticədə R.Kərimov hadisə yerindəcə dünyasını dəyişib.

BMW markalı avtomobildə sıxılıb qalmış sürücü İsmayılov Rahim Zöhrab oğlu isə FHN-nin Kürdəmir rayon şöbəsinin qəza xilasetmə xidmətinin əməkdaşlarının köməyi ilə avtomobildən çıxarılıb.

Bundan başqa hər iki avtomobildə olan digər sərnişinlər - 1970-ci il təvəllüdlü Kərimov Mübariz Paşa oğlu və 1991-ci il təvəllüdlü Rəsulov Hakim İlqar oğlu da müxtəlif növ ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıblar.

Fakt araşdırılır.(Report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/310487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR