"Moskva da Nyu-York kimi qarışqa yuvasıdır, virus aman verməyəcək" - Xruşovun ABŞ-da yaşayan oğlu

"Moskva da Nyu-York kimi qarışqa yuvasıdır, virus aman verməyəcək" - Xruşovun ABŞ-da yaşayan oğlu
23:47 13 Aprel 2020
260 Dünya
Ölkə mətbuatı
A- A+

Keçmiş sovet rəhbəri Nikita Xruşovun ABŞ-da yaşayan oğlu Sergey Xruşovun koronavirus pandemiyası barədə fikirlərini Komsomolskaya pravda-ya danışıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Nyu-York yaxınlığındakı Providensdə yaşayan kişi ordakı karantinlə Moskvanı müqayisə edib:

"Bizim şəhərdə Nyu-Yorka nisbətən sakitlikdir, yaşıllıqdır, adam azdır. Nyu-York Moskva kimi qarışqa yuvasıdır. Əvvəl necə yaşayırdıqsa, həyat elə də davam edir. Amma mağaza və qonaq gedib-gəlmək yoxdur.

2 həftə özünütəcriddə qaldım, çünki səfərdən gəlmişdik.

Soyuducumuz doludur, lazım olanda, qonşu marketə gedəndə bizə də lazım olanı alır. Hərdən deyirlər, sən sovet adamı kimi vərdişlisən, soyuducun dolu olmalıdır. Düzdür, sovetdən qalma yığımcıllıq, tədarük vərdişi var. Bəzən marketdə bu gün olan sabah yoxa çıxır. Biz də elə alırıq ki, 2 ay sonra üçün də ehtiyat almışıq.

Toyuq, qaz əti, marinadlaşmış ət, balıq, krevet, qaraciyər - hamısı buz yerindədir. Paşteti, oledyeni çox sevirik. Kartof çox alıram.

Mən burda yerli və Rusiyanın mətbuatını izləyirəm. Bizim qubernator başqa cür danışır, o deyir, xəstəliyin piki mayın ortası olacaq. Moskva da qarışqa yuvasıdır, deməli, orda da vəziyyət burdakından fərqlənməyəcək. Nyu-Yorkda insanları tək-tək və evdə izolə etmək çətindir. Moskvada da mümkün olmayacaq.

Mənim yaşadığım ştat Nyu-York və Moskvanın yanında çox kiçikdir, cəmi 1 milyon yarım insan yaşayır. Cəmi 700 yoluxma, 14 ölüm var. İnsanlar sıx olan şəhərlərdə yoluxma və ölüm də çox olacaq.

İnsanlar da qəribədir. Bizdə bir kişi mağazaya girərək, ordakıların üzərinə qəsdən asqırıb. İnsanlar qorxaraq, polis çağırıb. İnsan hər yerdə insandır. Pandemiyada Moskva elə mənə Nyu-Yorku, Bostonu xatırladır.

Çox rahatladılar. Sonra elə bir lava gəldi ki, indi qarşısını almaq mümkün deyil.

Fevralda bu şəhərlərdə sakitçilik, arxayınlıq idi, bir yoluxma, 10 yoluxma. Çox rahatladılar. Sonra elə bir lava gəldi ki, indi qarşısını almaq mümkün deyil. Lavinanı saxlamaq olmaz, o gəlib dağıdıb keçib, qurbanlarını qarşısına alıb sakitləşəcək. İndi vəba epidemiyasındakı kimi ölüm yoxdur, amma yenə də qorxuludur.

Moskvada insanlar təcrid olmasa, 2 metr ara məsafəni saxlamasa, toplu halında bir yerdə olsalar, marketlərdə çox qalıb, asqıran, öskürən adamların toxunduğu əşyalara toxunsalar, Moskvaya lava axını olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR