Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir
19:23 15 Aprel 2020
256 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Publika.az president.az saytına istinadla bu məktubların daha bir neçəsini təqdim edir.

Ağcabədi rayon sakini Natiq Əlişov dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə görə Prezident İlham Əliyevə təşəkkür edirlər. Məktubda deyilir:

"Möhtərəm cənab Prezident, dünyada geniş yayılmış yeni koronovirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində gördüyünüz bütün tədbirlər bir daha sübut etdi ki, hər zaman olduğu kimi Azərbaycan Prezidenti öz xalqının yanındadır. Əminik ki, bu birlik bizə belə ağır sınaqdan qələbə ilə çıxmağa imkan verəcəkdir. Rəhbərliyinizlə vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronovirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Koronavirusa qarşı mübarizə tədbirləri sahəsində imzaladığınız Sərəncamlar, açılan yeni xəstəxanalar, yeni fabriklər göstərir ki, Azərbaycan bu çətin sınaqdan alnıaçıq çıxacaqdır. Dövlətimiz bu gün də öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminliklə inanırıq. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma bütün qarabağlılar adından təşəkkürümü bildirir, Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Uca Allah Sizi və Azərbaycan xalqını qorusun".

Beyləqan rayon sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan leytenant İlham Əliyev də dövlət başçısına ünvanladığı məktubunda təşəkkürünü bildirib:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizin ölkəmizi COVİD-19 virusundan qorumaq üçün atdığınız hər addımınızı alqışlayırıq. Siz bizi bizdən də çox düşünürsünüz. Ona görə də Sizə ailəmiz adından təşəkkür edirəm. Bu çətin günlərdə də xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Biz Sizinlə fəxr edirik. Yaxşı ki, dövlətimizin başındasınız. Ulu Tanrı Sizi və ailənizi qorusun".

Tərtər rayonu, Səhləbad kəndi sakini Zahid İbrahimov isə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların dövlətdən ayrılan payı olduğunu vurğulayıb:

"Hörmətli cənab Prezident, Siz Prezident seçildiyiniz gündən həmişə xalqın yanında olmusunuz, əhalinin qayğıları ilə yaşamışınız. “El gözü tərəzidir”, - deyiblər atalar. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün hazırlanan sosial paketlərdə bütün təbəqədən olan insanların – işsizlərdən tutmuş sahibkarlara qədər hər kəsin dövlətdən ayrılan payı var. Bunun üçün də Sizə minnətdarıq. Siz Azərbaycan kimi böyük bir ailəyə başçılıq edir, bu ailənin heç bir üzvünü unutmursunuz. Bütün dünyanın COVİD-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda yenə də xalqımızın dolanışığını unutmadınız, dövlət öz yardım əlini xalqdan əsirgəmədi, maddi köməklə bərabər bizə mənəvi cəhətdən də dəstək oldu, “evdə qal, sağlam qal” dedi. Gələcəyimiz naminə hər kəs bu çağırışa qoşulub karantin rejiminə ciddi əməl etməlidir ki, çətin günləri arxada qoyaq, yenidən doğma Vətənimizin inkişafı naminə, möhtərəm Prezidentimiz, Sizə - qəlbi daim xalqı ilə döyünən rəhbərə dəstək olaq. Mən fəxr edirəm, qürur hissi keçirirəm ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun".

Tərtər rayonu, Bəyimsarov kənd sakini 1-ci dərəcəli “Əmək” ordenli fermer Fazil Vəliyev isə fermerlərin dövlət başçısının yürütdüyü siyasəti dəstəklədiyini qeyd edib:

"Möhtərəm cənab Prezident, bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir. Çox hörmətli Prezidentimiz, biz fermerlər Sizin yürütdüyünüz siyasətinizi dəstəkləyir, ətrafınızda sıx birləşmişik. Çünki Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Tanrı Sizi qorusun".

Xaricdə təhsil alan Veysəl Vəliyev isə xüsusi reyslə ölkəmizə gətirilən tələbələrdən biri olduğunu bildirərək ona göstərilən diqqət və qayğıdan razı qaldığını vurğulayıb:

"Çox hörmətli, qayğıkeş Prezidentimiz, hazırda dünya dəhşətli bir bəla ilə üz-üzədir. Azərbaycan bu qlobal problemdən az itki ilə çıxmaq üçün ciddi addımlar atır. Bütün bunlar Sizin həyata keçirdiyiniz səmərəli tədbirlərin nəticəsidir.

Mən O.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində magistr təhsili alıram və Sizin göstərişinizlə martın 27-də xüsusi reyslə Rusiyadan ölkəmizə gətirilən tələbələrdən biriyəm. Bizi Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Atletlər kəndinə apardılar. Əvvəlcədən burada hər cür şərait yaradılmışdı. Ölkəmizin malik olduğu bu imkanlar məni qürurlandırdı. Çünki böyük dövlətlərin koronavirusa qarşı mübarizədə neçə çarəsiz qaldıqlarını hamı görür. Ancaq xaricdən gələn tələbələrimizə burada göstərilən diqqət və qayğı mükəmməl idi. Səliqə-sahman, vaxtında düzgün qidalanma, müayinə, həkimlərin xüsusi diqqəti məni çox sevindirdi. Karantində 14 gün qaldıqdan sonra evimizə göndərildik. Artıq ailəmə qovuşmuşam.

Cənab Prezident, karantin müddətində mənə göstərilən diqqət və qayğıya görə həm öz adımdan, həm də valideynlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, Azərbaycanımızın Sizin kimi lideri var. Siz hər zaman Azərbaycanı böyük bəlalardan qoruyursunuz. Ona görə də mən bir Azərbaycan gənci olaraq Sizinlə fəxr edirəm. Bir hüquqşünas kimi söz verirəm ki, yürütdüyünüz müstəqil siyasətinizin hər zaman dəstəkçisi olacağam. Tanrı Sizi qorusun".

Tərtər rayonu, İsmayılbəyli kənd sakini Eldar Əsədov tərtərlilərin hər zaman Prezident İlham Əliyevi dəstəklədiyini vurğulayıb:

"Əziz Prezidentimiz.

Biz tərtərlilər həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə bizimlə olub, xalqa həmişə dəstək göstərmisiniz. COVID-19-un dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunub. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq üçün özümüzü müvəqqəti olaraq təcrid etməliyik. Evdə qalmalıyıq ki, normal həyatımıza sağlam dönək.

Bu çətin dönəmdə əhalinin müxtəlif təbəqələrindən olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var".

Ucar rayonundan Niyaz Xəlilov isə məktubunda bildirib:

"Möhtərəm cənab Prezident.

Dünyanı cənginə almış pandemiya ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, bəzi dövlətlərin bu virusa biganə yanaşdığından çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda bütün qabaqlayıcı tədbirlər görüldü. Siz Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, qərarlar qəbul edirsiniz. İnanırıq ki, bəşəriyyət, xalqımız tezliklə bu bəladan xilas olacaqdır.

Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi Prezidentimizlə qürur duyuruq. Allah Sizi qorusun".

Daşkəsən rayon sakinləri Abbas Tağıyev, Saleh Qurbanov, Oktay Cəfərov, İdrid Bağırov və başqaları məktubunda rayonun bütün sakinləri adından görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər:

"Hörmətli cənab Prezident.

Sizin rəhbərliyinizlə koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər təqdirəlayiqdir. Qəbul edilən qərarlara uyğun olaraq rayonumuzda da xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar-epidemioloji normalara şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir. Küçə və prospektlərdə, ayrı-ayrı ərazilərdə, yaşayış binalarında və inzibati binalarda dezinfeksiya işləri aparılır. Aztəminatlı ailələrə maddi yardım göstərilir, əhalinin sağlamlığının qorunması üçün mühüm tədbirlər görülür.

Cənab Prezident, qabaqlayıcı tədbirlərin vaxtında keçirilməsi üçün verdiyiniz qətiyyətli tapşırıqlar öz səmərəsini verir. Azərbaycan bu bəladan da üzüağ çıxacaq.

Rayonumuzun bütün sakinləri adından görülən işlərə görə minnətdarlığımızı bildirərək gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq".

Abşeron rayonundan Yavər Səlimov Laçın rayonu, Köhnəkənd kənd sakinləri adından Prezidentə ünvanladığı məktubunda bildirib:

“Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Bütün ölkələri lərzəyə salan koronovirus pandemiyasının qarşısının alınması istiqamətində verdiyiniz qabaqlayıcı göstərişlər nəticəsində ölkəmizdə bu virusa qarşı mübarizə çox yüksək səviyyədə təşkil olunmuş, qısa zaman kəsiyində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, hər şeyə rəğmən əhalinin sağlamlığının qorunması ön plana çəkilmişdir. Həmişə olduğu kimi, bu dəfə də Sizin uzaqgörənliyiniz sayəsində təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, bu pandemiyadan daha az itki ilə çıxmaq üçün əməli işlər görülmüşdür. Məhz bunun nəticəsi olaraq ölkəmiz ölüm və koronavirusa yoluxanların sayına görə dünya dövlətləri arasında sonuncu yerləri bölüşür.

Möhtərəm Prezident, işləməyən, yaşı 65-dən yuxarı, tənha və aztəminatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Apardığınız həm xarici, həm daxili, həm də sosial-iqtisadi siyasət əməksevər və qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndirilmiş və bundan sonra da qiymətləndiriləcək”.

Gəncə şəhərindən Rəşad Əliyev, Nurlana Bəşirova, Akif Salmanov, Telman Quliyev və başqaları Prezidentə və dövlətə güvəndiklərini vurğulayıblar:

"Çox hörmətli cənab Prezident,

Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığınız addımlar və verdiyiniz Sərəncamlar vətəndaşlar tərəfindən böyük rəğbətlə və alqışla qarşılanır. Bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz Sizə və dövlətimizə hər zaman güvənmişik. Pandemiya dövründə də belə oldu. Çox sağ olun ki, Sizə bəslənən ümidləri və güvəni hər zaman doğruldur, xalqımıza ruh yüksəkliyi bəxş edirsiniz.

Ulu Tanrı hər zaman dayağınız olsun, cənab Prezident".

Biləsuvar rayonundan Məhərrəməli Kazımlı biləsuvarlı veteranların ölkə başçısının fəaliyyətini alqışladıqlarını bildiriblər:

"Hörmətli Prezidentimiz.

Sizin uzun illərdir ölkəmizin səhiyyə sahəsində həyata keçirdiyiniz əsaslı islahatlar öz bəhrəsini verməkdədir. Yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi, ölkəmizdə yüksək səviyyəli tibbi heyətin formalaşmasına hesablanmış dövlət siyasəti imkan verəcək ki, koronavirus infeksiyasının daha az zərərlə aradan qaldıılmasına nail olaq. Bu çətin günlərdə modul tipli tibb müəssisələrinin yaradılması, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin çevik fəaliyyətinizin bariz nümunələridir. Biz - Biləsuvar veteranları Sizin bu fəaliyyətinizi alqışlayırıq.

Cənab Prezident, qeyd etmək istəyirik ki, bütün bu tədbirlərin həyata keçirilməsində Sizinləyik. Biz birlikdə güclüyük


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/310896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR