May ayında uçuşlar bərpa ediləcəkmi? -

“Digər ökələrdəki Azərbaycan vətəndaşlarının da ölkəyə gətirilməsi üçün çarter reyslərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu müraciətlərin sayından asılı olaraq prioritet müəyyənləşdiriləcək”.

Metbuat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, biletləri olanlara, azyaşlılara, qocalara üstünlük verilərək vətəndaşlarımız ölkəyə gətiriləcək: “Həmin vətəndaşlar yenə də xüsusi karantin zonalarında yerləşdiriləcək, onlardan test nümunələri götürüləcək. May ayı ərzində da yükdaşımalar istisna ilə, hava əlaqədərinin bərpası nəzərdə tutulmur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR