Dünyanın sonudur deyib, kütləvi şəkildə dua edib, vidalaşdılar

Dünyanın sonudur deyib, kütləvi şəkildə dua edib, vidalaşdılar
03:32 17 Aprel 2020
268 Dünya
Ölkə mətbuatı
A- A+

Afrikanın şərqində yerləşən Ruandada onlarla şəxs bir araya gələrək ayin təşkil edib.

Milli.Az xəbər verir ki, yerli bələdiyyənin məlumatına görə, onlar dünyanın sonunu gəldiyini irəli sürərək dua ediblər. Bildirilib ki, Ruanda 7-ci Adventist kilsəsinin üzvlüyündən ayrılan həmin şəxslər koronavirus qadağasına baxmayaraq bir evə toplaşıb və məsafə saxlamayıblar. Polis qadağaları pozan həmin şəxsləri həbs edib. Yerli dini dairələrin açıqlamasına görə, dünyanın sonu barədə fikir səsləndirənlərin iddiası heç bir mənbəyə əsaslanmır, bu onların şəxsi düşüncəsidir.

Qeyd edək ki, Ruandada koronavirus səbəbiylə kütləvi mərasimlər təxirə salınıb. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR