Koronavirusun yayda bitməyəcəyi məlum oldu: Virus 92 dərəcədə 15 dəqiqə yaşadı

Fransanın Marsel Universiteti Tibb fakültəsindən Boris Pastorinonun rəhbərlik etdiyi araşdırma heyəti koronavirus üzərində 10 ayrı sınaq keçirib.

Metbuat.az xəbər verir ki, sözügedən sınaqlarda "Covid-19" virusunun 30 və 60 dərəcə istilikdə yoluxuculuğunun aşağı düşdüyü müşahidə edilib, lakin, virus yenə həyatda qalmağı bacarıb. Virusun 92 dərəcə istilikdə 15 dəqiqə boyunca həyatda qaldığı və daha sonra təsirini tamamilə itirdiyi bildirilib.

Araşdırmanın nəticələrinin rəsmilik qazanması üçün icazə gözlədiklərini qeyd edən Boris Posterino deyib ki, bu araşdırma laboratoriyada işləyən işçilərin təhlükəsizliyi üçün ən uyğun protokolun seçilməsinə yardım edəcək.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR