Prezident fərman imzaladı

Prezident fərman imzaladı
16:03 17 Aprel 2020
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavənin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda qeyd edilir:

2020-ci il yanvarın 23-də Belqrad şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”ə 1-ci Əlavə təsdiq edilsin.

Bu Fərmanın 1-ci hissəsində göstərilən 1-ci Əlavə qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 1-ci Əlavənin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Serbiya Respublikası Hökumətinə bildiriş göndərsin.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/311106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR