Azərbaycanda son üç ayda avtomobil istehsalı artıb

Azərbaycanda son üç ayda avtomobil istehsalı artıb
14:42 18 Aprel 2020
Ölkə mətbuatı
A- A+

2020-ci ilin yanvar-mart aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 112,0 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz artıb.

Yanvar-mart aylarında 672 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı isə 42,4 faiz artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/843220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR