Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?

Birdəfəlik ödəmə verilənlərin bölgələr, cins və yaş qrupları üzrə təsnifatı necədir?
19:05 18 Aprel 2020
314 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, onlardan 123 766 nəfəri kişi, qalanları qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 50 309 -u Bakı, 8 949 -u Sumqayıt və 6 213 -ü Gəncə şəhərlərində yaşayanlar, 4 308 -i Abşeron rayonunun, 130 221 -i respublikanın digər bölgələrinin sakinləridir.

Yaş qruplarına gəldikdə isə birdəfəlik ödəmə alanlardan 12 811-i 20 yaşa qədər, 85 975 -u 20-30 yaş arası, 52 920-i 30-40 yaş arası, 27 287-i 40-50 yaş arası, 21 007-i 50 yaşdan yuxarı olanlardır.

Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/843274.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR