Qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı mayın 4-dək uzadılır

Qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı mayın 4-dək uzadılır
15:42 19 Aprel 2020
226 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib. Bununla əlaqədar Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 saylı qərarında qeyd edilən bütün tədbirlər, o cümlədən yük daşımaları istisna olmaqla, Azərbaycan ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, yerli hava uçuşlarına tətbiq edilən məhdudiyyətlər həmin tarixədək qüvvədə saxlanılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları həmin tarixədək hərəkətdə olmayacaq. Ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşımalarına qoyulan məhdudiyyət xüsusi göstərişədək tətbiq olunacaq.

Xatırladaq ki, karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/843396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR