Şəmkirdə kişi 27 yaşlı arvadının boğazını niyə kəsdi? -

Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Metbuat.az apa-ya istinadən xəbər verir ki, hadisədən bir neçə gün əvvəl ər arvadının telefonuna gələn SMS-ə görə evdə dava salıb.

Bu barədə əməkdaşımıza arvadını qətlə yetirən kişinin dayısı məlumat verib.

Məlumata görə, bundan sonra qadın küsüb atası evinə gedib. Lakin Mübariz Məmmədov arvadı Nailə Məmmədovanı evə qayıtmağa razı salıb.

Buna baxmayaraq, ailə daxilində münaqişə davam edib və məlum qətl baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR