Telefonlara cavab verməyən Afaq Bəşirqızı instaqram profilini sildi

Telefonlara cavab verməyən Afaq Bəşirqızı instaqram profilini sildi
12:18 21 Aprel 2020
403 Şou
Ölkə mətbuatı
A- A+

Son günlərdə adı qalmaqallarda hallanan Xalq artisti Afaq Bəşirqızı İnstaqram səhifəsini bağlayıb.

Publika.az xəbər verir ki, aktrisa 21 mindən çox izləyicisi olan profilinin adını dəyişərək "meduzatime" edib. Ötən gündən səhifədə başqa görüntülər paylaşılmağa başlayıb. Bəşirqızı səhifədə yalnız 2 milyondan çox izlənən müsahibəsini saxlayıb.

Xalq artisti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab vermir. Verilişin aparıcısı Elgiz isə telefonu söndürərək instaqramda ona dəstək olan izləyicilərinə təşəkkür etməklə kifayətlənib.

Xatırladaq ki, Afaq Bəşirqızının bir neçə gün əvvəl müsahibələrindən birində işlətdiyi "Rayondan gəlib, "padyez"də şikəst uşaq doğanlar dövlətdən indi yardım istəyir" ifadələri ciddi müzakirələrə səbəb olmuşdu.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/311425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR