Yaponiya hökuməti koronavirus pandemiyasına görə birdəfəlik ödənişin detallarını açıqlayıb

Yaponiya hökuməti koronavirus pandemiyasına görə birdəfəlik ödənişin detallarını açıqlayıb
06:37 22 Aprel 2020
241 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiya hökuməti koronavirus pandemiyasına görə ölkənin hər bir sakininə iqtisadi dəstək tədbirləri çərçivəsində 100 min yen (təqribən 930 dollar) məbləğində birdəfəlik ödənişin detallarını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiya Milli Məsələlər naziri xanım Takaiçi Sanae mətbuat konfransında bəyan edib. Nazir bildirib ki, həmin vəsait hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq hazırda Yaponiyada yaşayan və Rezidentlərin Əsas Reyestrinə daxil edilmiş bütün sakinlərin hesabına köçürüləcək. T.Sanae əlavə edib ki, bələdiyyə işçilərinin təhlükəsizliyini təmin etmək və iş yükünü azaltmaq məqsədilə müraciətlərin verilməsi və vəsaitin köçürülməsi fərdi ünsiyyət olmadan həyata keçiriləcək.

Xanım nazir xüsusi olaraq qeyd edib ki, həmin məbləğ aprelin 27-dək adı Yaponiya Rezidentlərin Əsas Reyestrində olan bütün şəxslərə ödəniləcək. Bu o, deməkdir ki, yaponlardan əlavə Yaponiyada yaşayan, rezident statusuna və 3 aydan artıq vizaya malik olan bütün şəxslər bu vəsaiti alacaq.

Qeyd edilir ki, müraciət forması bələdiyyə əməkdaşları tərəfindən hər bir ailənin başçısına göndəriləcək. Həmin şəxslər bu formada bank hesablarını göstərməklə yanaşı, məktuba şəxsiyyət vəsiqəsinin və bank sənədinin surətini də əlavə etməlidirlər.

Bundan əlavə, müraciət "My Number" adlanan şəxsi eyniləşdirmə sistemindən istifadə etməklə onlayn qaydada da əlaqədar qurumlara göndərilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR