Rusiyada azərbaycanlı hotel sahibi işçisini güllələdi

Rusiyada azərbaycanlı hotel sahibi işçisini güllələdi
14:12 22 Aprel 2020
286 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində "Apraskin dvor" adlanan bazar ərazisində yerləşən hotelin sahibi işçisini gözündən silahla vurub.

Konkretno.ru xəbər verir ki, hadisəni törədən şəxs qismində 36 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

O, hotelində inzibatçı işləyən 18 yaşlı qızı sağ gözündən travmatik silahla vurub. Nəticədə, qız kəllə-beyin travması, gözün zədələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılıb. Onun sağ gözü görmə qabiliyyətini itirib.

Azərbaycanlıya xuliqanlıq, spirtli içki və ya narkotik maddə qəbulu ilə bağlı testdən imtina etdiyinə görə inzibati protokol tərtib edilib.

Həmin şəxsdən "Osa" markalı tapança, "Lankaster" karabini, "Baykal" pompalı ov tüfəngi, qaz tapançası, 113 güllə, 40 ədəd "Kalaşnikov" avtomatı üçün güllə, 12 ədəd pompalı ov tüfəngi gülləsi müsadirə edilərək götürülüb.

Hadisənin təfərrüatı araşdırılır. (oxu.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR