14 ildir öskürən qadının ağciyərindən toyuq sümüyü çıxdı

14 ildir öskürən qadının ağciyərindən toyuq sümüyü çıxdı
22:22 22 Aprel 2020
425 Maraqlı
Ölkə mətbuatı
A- A+

22 yaşlı tələbə 14 ildir ki, öskürəkdən əziyyət çəkirdi. Çinin Quandhun əyalətindən olan qız 14 il əvvəl toyuq yeyərkən nəfəs borusuna düşən toyuq sümüyü irəliləyərək ağciyər toxumasına ilişib qalıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, uşaqlıqdan xroniki öskürəkdən əziyyət çəkən qız müalicələr alsa da faydası yox idi. Ağciyərlərin komputer tomoqrafiyası çəkilsə də heç bir şey tapılmamışdı.

Həkimlər ona bronxoektatik xəstəlik diaqnozu qoyub, antibiotiklər yazmışdı.

Nəfəsalmada da əziyyət çəkən qız həddən artıq çox tərləyirdi.

22 yaşında bir də tomoqrafiyadan keçən tələbə qızın ağciyərində bu dəfəki şüa diaqnostika həkimi sağ ağciyər payında yad cisim aşkarlayır.

Əməliyyata alınan qızın ağciyərindən 2 sm-lik qaralmış və ətrafı çürümüş toyuq və ya qaz sümük parçası çıxarılıb.

Uzun illərin xroniki öskürəyin səbəbi də bu imiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/844253.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR