"Dərsdən sonra" teleproqramına başlanılır

Aprelin 25-dən Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Dərsdən sonra" teleproqramına start verilir.

Metbuat.az xəbər verir ki, bununla bağlı nazirliyin müraciətində deyilir:

"Əziz şagirdlər, bu həftədən etibarən hər şənbə saat 12:20-də "Mədəniyyət" telekanalında “Dərsdən sonra” teleproqramını izləməyi unutmayın. Burada biliyi əyləncəli öyrənməklə yanaşı incəsənətin müxtəlif növlərinə aid maraqlı tapşırıqlar sizi gözləyir.

“Dərsdən sonra”da dərsdən qalmayın".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)