İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün

İctimai nəqliyyatda sıxlığın aradan qaldırılması üçün gediş qaydaları ilə bağlı təlimatlar hazırlanır.

Metbuat.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu təlimatlar müvafiq dövlət qurumları ilə birgə hazırlanıb:

“Təlimatlar müvafiq qurumlara veriləcək. Burada bir sıra qaydalara mütləq əməl edilməlidir. Təlimatlar sərnişin sıxlığının aradan qaldırılmasına kömək edəcək. İctimai nəqliyyatdan istifadə ilə bağlı təlimatların hazırlanmasında əsas məqsəd infeksiyaya yoluxmanın qarşısını almaqdır. Əsas məsələ qarşıdakı bir il ərzində bu məsələlərə necə əməl etməyimizdir. Ümumi qaydalara əməl edilməsə, yenidən sərt karantin qaydalarını görə bilərik".

R.Bayramlı əlavə edib ki, fərdi tədris kurslarında təhsilə cəlb olunma ilə bağlı da təlimatlar hazırlanır və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR