Bu ölkədə nazirlərə 1 il əvvəl epidemiya xəbərdarlığı edilibmiş -

İngiltərədə nazirlərə keçən il bir mətn göndərilib və böyük sosial-iqtisadi problemlərə səbəb olacaq epidemiyaya qarşı hazır olmaları mövzusunda xəbərdarıq edilib.

Metbuat.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri xəbər hazırlayıb. Qəzetə sızdırılan gizli sənəddə epidemiyanın on minlərlə insanı öldürə biləcəyi qeyd edilib və bildirilib ki, hökümət önləyici tədbirlər almasa, bu rəqəm daha da böyük ola bilər. Sənəddə qoruyucu geyim kimi məhsulların əvvəlcədən stoklanması tövsiyə edilib.

Qeyd edək ki, İngiltərədə 20 mindən çox insan koronavirusdan ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR