Ölkədə koronavirusdan sağalanların sayı 1411 nəfərə çatdı

Azərbaycanda indiyədək koronavirusa yoluxanların və bu xəstəlikdən sağalanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR