.

Bu il pensiya hüququ yaranmayan 11 mindən çox şəxsə müavinət təyin olundu

Prezident İlham Əliyevin 16 dekabr 2019-cu il tarixdə təsdiqlədiyi Qanunla 2020-ci ilin əvvəlindən yaşa görə müavinət yaşının pensiya yaşı ilə eyniləşdirilməsi sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsinə imkan verib.

Bu ilin əvvəlinədək və cari ilin ötən dövründə pensiya yaşına çatan, lakin pensiya hüququ yaranmayan 11 min 200 şəxsə yeni qanunvericilik əsasında bu il yaşa görə müavinət təyin olunub.

Beləliklə, həmin vətəndaşlar yaşa görə müavinət hüququ qazanmaq üçün əvvəlki qanunvericilikdə nəzərdə tutulan yaş hədlərinə (qadınlar üçün 62, kişilər üçün 67 yaşı) çatmalarını gözləmədən onlara aylıq sosial ödəniş təyin olunub.

Ümumilikdə, bu ilin 1 may tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 33 min 500 nəfər və ya 55,4 faiz çox olmaqla 94 mindən çox şəxs yaşa görə müavinət alır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR