Bu gecə ramazan ayının üçüncü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (Əhya) gecəsi olacaq.

Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, Ramazan ayının ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, yəni mayın 12-dən 13-nə keçən gecəyə, ikinci Qədr gecəsi isə Ramazının 20-ci gününə, yəni mayın 14-dən 15-nə keçən gecəyə təsadüf edib.

Bu gün - Ramazanın 22-ci günü isə üçüncü Qədr gecəsidir.

Qeyd edək ki, Ramazanın 26-cı gününün axşamı da Qədr gecəsi sayılır. Bu il həmin Qədr gecəsi mayın 20-dən 21-nə keçən gecəyə təsadüf edir.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayıb. Mayın 24-ü Ramazan (Fitr) bayramıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR