.

Kür çayında batdığı ehtimal olunan şəxsin meyiti tapıldı

Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun axtarışları başa çatıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Q.Səlimovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR