TƏBİB Mingəçevirdəki qəza ilə bağlı

Mingəçevir şəhərində avtomobilin insanlara çırpılması nəticəsində 13 nəfər xəsarət alıb. Onlardan 10-u uşaqdır.

TƏBİB-dən Metbuat.az-a bildirilib ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

"9 nəfər ambulator yardım göstərilərək evə buraxılıb. Xəstəxanada 4 nəfər saxlanılıb. Onlardan 2-nin vəziyyəti ağırdır, kəllə-beyin travması alıblar. Digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR