Bulvarda balıqlar bu səbəbdən

Son günlər balıqların kütləvi şəkildə suyun üzünə çıxması insanların marağına səbəb olub.

Metbuat.az xəbər verir ki, kimisi bunun mövsümlə əlaqədar olduğunu, kimisi də pandemiya səbəbindən dənizdə bəzi işlərin dayandırılması və suyun təmizlənməsi ilə bağlı olduğunu bildirir. Ekspertlər isə bunun səbəbinin tamamilə fərqli olduğunu deyib.

Ekoloq Telman Zeynalovun sözlərinə görə, balıqların üzə çıxmasına səbəb sakinlərin dediyi kimi dənizin təmizlənməsi yox, əksinə çirklənməsidir.

“İstehsal elədiyimiz məhsullara kim nəzarət edir ki, onun tullantıları hara gedir. Bunlar hamısı dənizə axıdılır. Onlar dənizə atdıqca , həm də hava biraz qızdıqca oksigen çatışmazlığı əmələ gəlir, ona görə də balıqlar məcburdular ki, qalxsınlar üzə nəfəs alsınlar. Çünki oksigen çatışmır” – deyə ekoloq Telman Zeynalov bildirir.

Ekspert onuda qeyd edir ki, balıqların kütləvi şəkildə suyun üzünə çıxması demək olar ki, hər il təkrarlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR