Bakı, 26 may, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.”ə “Akbank” tərəfindən 212 milyon dollar məbləğində layihə maliyyələşdirilməsi krediti ayrılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Türkiyənin Cəmiyyəti Məlumatlandırma Platformasının (Kamuyu Aydınlatma Platformu (KAP) rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, konteyner limanı üçün “Petlim Limancılık Ticaret A.Ş.”yə ayrılan kreditin müddəti 13 ildir və ilk 3 il ərzində şirkət ödəmələrdən azaddır.
