Gəncədə xidməti otaqda yanğın hadisəsi baş verib

Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 20 m² olan xidməti otağın yanar konstruksiyaları və içərisindəki avadanlıqlar yanıb.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, bitişik bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR