HƏYACAN! Yük maşını içərisində uşaq olan minik maşının

Sürücü qəsdən yolun kənarında saxlayan avtomaşının üzərinə sürdü.

Metbuat.az xəbər verir ki, Lənkəranda qaydaları kobud şəkildə pozan yük maşını sürücüsü hərəkətdə olan digər avtomobilin sürücüsünə qəza vəziyyəti yaradıb.

Hadisə 26 may saat 14.00 radələrində Lənkəran şəhəri Şilavar-Digah yolu ərazisində baş verib. Saytımıza müraciət edən “KİA” markalı nəqliyyat vasitəsinin sürücüsünün sözlərinə görə, hərəkət zamanı qəflətən yolun sağ zolağından H 017 687 seriya nömrəli yük maşını qabağına çıxıb. Xəbərdarlıq siqnalı versə də hərəkət halında olan yük maşını dayanmayıb.

''KİA'' markalı nəqliyyat vasitəsinin sürücüsü yaranmış vəziyyətdən qorxan ailə üzvlərini sakitləşdirmək üçün avtomobili yolun sağ zolağında saxlayıb.

Bu zaman yük maşının sürücüsü yaranmış vəziyyətdən istifadə edərək yolun sağ zolağında dayanmış ''KİA'' markalı avtomaşının üzərinə, idarə etdiyi nəqliyyat vasitəsini sürüb. Cəld tərpənən ''KİA'' markalı avtomaşının sürücüsü avtomobili bir qədər də sağa hərəkət etdirərək yaranmış təhlükəli vəziyyətdən xilas olub.

Bundan sonra yük maşınının sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini saxlayıb maşından enərək ''KİA'' markalı avtomaşının sürücüsündən də nəqliyyat vasitəsindən düşməyi tələb edib.

''KİA'' markalı nəqliyyat vasitəsinin sürücüsü avtomaşında ailəsinin və azyaşlı uşağının yaranmış vəziyyətdən narahat olması səbəbindən, yük maşınının sürücüsünün bu hərəkətlərinə əhəmiyyət vermədən yoluna davam edib.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq.

Kamran Əliyev Metbuat.az-a müsahibəsində bildirdi ki, bu barədə fikir söyləmək üçün polis tərəfindən araşdırılma aparılmalıdır. Hadisə iştirakçısı olan hər iki sürücü dindirilməli, ərazidə hadisəni qeydə ala biləcək kamera görüntülərinə baxılmalıdır. Yalnız bundan sonra baş vermiş qayda pozuntusu ilə bağlı qərar vermək olar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR