.

40 min nəfərə pulsuz tibbi maska təqdim edildi

"Xaliq Faiqoğlu" şirkəti 40 min sərnişinə tibbi maska payladı.

Metbuat.az xəbər verri ki, “Covid-19” pandemiyasının vüsət almağa başladığı ilk günlərdən sosial məsuliyyət dəyərlərinə sadiqlik nümayiş etdirən “Xaliq Faiqoğlu” şirkəti istismarında olan marşrut xətləri üzrə ümumilikdə 250-dən artıq avtobusda 20 gün ərzində sərnişinlərə tibbi maskaların paylanması aksiyasını başa çatdırıb.

11-31 May tarixdə həyata keçirilən aksiya çərçivəsində, ümumilikdə isə 40 min ədəd müvafiq sertifikatlı tibbi maska dayanacaqlarda və avtobuslarda sərnişinlərə təqdim edilib. Şirkət əməkdaşlarından ibarət mobil qruplar aksiya zamanı sərnişinlərin fikirləri, irad və təkliflərini də qeydə alıblar.

Şirkət sərnişinləri bir daha şəxsi gigiyenalarına diqqət yetirməyə, Nazirlər Kabineti yanında Operativ qərargahın və Bakı Nəqliyyat Agentliyinin tələb və tövsiyələrinə, eləcə də pandemiyanın qarşısının alınması məqsədi ilə qəbul edilmiş qanunvericiliyin tələblərinə əməl etməyə çağırır. Nəzərə almalıyıq ki, 1 iyun tarixindən etibarən avtobuslarda və dayanacaqlarda insanların maskadan istifadə etməməsi onların sağlamlığını böyük risk altında qoymaqla yanaşı həm də inzibati məsuliyyət yaradır.

Qeyd edək ki, şirkət tərəfindən mütəmadi olaraq maarifləndirici aksiyalar keçirilir və bu tip tədbirlər bundan sonra da davam etdiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR