6 il məktəb oxuyan şəxs elmi işçi vəzifəsinə necə düzəldi? -

Şikayətçi Məlahət Suleymanovanın atası Aydın Əliyev iddia edir ki, qızı bir il əvvəl şəxsiyyət vəqsiqəsini yeniləmək üçün Asan xidmətə müraciət edib və vəsiqəsini yeniləyib. Aprel ayında isə 190 manat almaq üçün müraciət edib. Ancaq ona bildiriş gəlib ki, adına aktiv əmək müqaviləsi var və o “AKA” MMC adlanan yerdə elmi işçi kimi çalışır. Ən maraqlısı isə odur ki, Məlahət Süleymanova heç orta məktəbi də tam bitirməyib.

“Qızımın bu hadisədən heç bir xəbəri yoxdu ki, 1 ildir adına əmək müqaviləsi açılıb. Onun təhsili yoxdur, bu yaşa kimi də heç yerdə işləməyib.”- deyə Aydın Əliyev bildirir.

Metbuat.az bildirir ki, şikayətçinin sözlərinə görə, qızı universitetdə 3 cü kursda ödənişli təhsil alır. Və o Pandemiya dövründə ölkə başçısının müvafiq qərarı ilə Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi haqqından da məhrum olub. Səbəb isə heç özünün də xəbəri olmayan elmi işçi vəzifəsidir.

“Mənim 6 illik təhsil var ancaq orda göstərilir ki, mən elmi işçi vəzifəsində çalışıram. Ona görə də dövlət tərəfindən təyin olunan bütün yardımlardan məhrum olmuşam. Bu məlumatı aldıqdan sonra Dövlət əmək müfəttişliyinə xəbərdarlıq etdim. Mənə bildirdilər ki, qısa zamanda araşadıracağıq. Ancaq 1 ay keçib, heç bir xəbər yoxdu.” – şikayətçi qeyd edir.

Məsələ ilə bağlı ƏƏSMN ilə əlaqə saxladıq. Nazirliyin sözçüsü Fazil Talıbov bildirdi ki, şikayətçı yaranmış problemini hüquq mühafizə orqanlarına müraciət edərək həll etməlidir.

“Adını çəkdiyiniz şəxsə 190 manat adında aktiv əmək müqaviləsi olduğu üçün ödəniş düşməyib. Əmək müfəttişliyi bununla bağlı olan rəsmi məktub göndərib. Problemi hüquq mühafizə orqanları ilə araşdırmalıdır.” = deyə Fazil Talıbov əlavə edib.

Pandemiya dövründə 190 manat üçün müraciət etmiş 320 minə yaxın şəxsə imtina cavabı gəlib. Şikayətçı Məlahət Süleymanovaya gədikdə isə ümid edirik ən azından 6 illik təhsili olan şəxsi heç olmasa elmi işçi vəzifəsindən azad edərlər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR