Göyçay sakini özünü körpüdən çaya atdı -

Göyçay rayonunda intihar edən şəxsin kimliyi məlum olub.

Metbuat.az xəbər verir ki,, həmin şəxsin rayonun Göyçay şəhərində yaşayan 1967-ci il təvəllüdlü Məmmədov Elçin Niman oğlu olduğu müəyyənləşib. Onun ayrı-ayrı adamlara pul borcu olduğuna görə özünə qəsd etdiyi bildirilir.

Hadisə bu gün səhər saat 08:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən körpüsündə qeydə alınıb.

O, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR